Sağlamlıq

Davamlı öskürək varsa... - Kişilərin nəzərinə

12 Dekabr 2021 23:50
0 Şərh     Baxış: 3 365
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bədxassəli şişlər ağciyərin müxtəlif nahiyələrində yarana, həmçinin digər orqanlarda xərçəngin inkişafı nəticəsində metastaz şəklində "tənəffüs mərkəzinə" yayıla bilər.

Milli.Az bildirir ki, adətən, ilkin mərhələdə xəstəlik gizli qalır və onun əlamətləri görünmür.

Belə hallarda diqqətli olmaq vacibdir. Çünki şişin erkən aşkarlanması xəstəlikdən xilas olma şansını xeyli artırır.

"Cancer Reasearch UK" təşkilatından öskürəyin ağciyər xərçənginin ən çox görülən simptomu olduğu bildirilib.

Qurumun ekspertlərinin sözlərinə görə, davamlı, ağrılı və qanlı bəlğəmlə müşahidə olunan öskürək ağır xəstəliyin əlaməti ola bilər.

Bundan əlavə, nəfəs darlığı, iştahsızlıq, sinə və ya çiyin ağrısı, daimi yorğunluq hissi və çəki itkisi, üz və boyun şişkinliyi də ağciyər xərçəngindən xəbər verə bilər. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.