Gürcüstan

Gürcüstanda 111 yaşlı qadın koronavirusdan sağaldı

6 Sentyabr 2021 15:56
0 Şərh     Baxış: 601
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda koronavirusa yoluxmuş 111 yaşlı qadın sağalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı qadının müalicə aldığı Respublika Xəstəxanasının Mətbuat Xidməti yayıb.

Məlumata əsasən, qadın bu gün xəstəxananı tərk edəcək. Həmçinin qeyd olunur ki, yaşlı qadın 12 gün əvvəl xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, qadının 80 yaşlı oğlu da xəstəxanada müalicə alır. Onun da, həmçinin vəziyyəti sabitdir və özünü yaxşı hiss edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.