Gürcüstan

Aİ Gürcüstanla vizasız rejimi dayandıracaq?

21 Sentyabr 2024 07:00
Baxış: 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Brüssel Gürcüstan hakimiyyətinin hərəkətlərinin qeyri-demokratik trayektoriyası davam edərsə, Gürcüstanla vizasız rejimin dayandırılmasının mümkünlüyünü istisna etmir".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Aİ-nin Tbilisidəki səfiri Pavel Xerçinski deyib.

"Son aylarda Gürcüstanla Avropa İttifaqı (Aİ) arasında məsafə getdikcə artmaqdadır", - deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, vəziyyət daha da pisləşərsə, Brüssel müxtəlif təsir alətlərindən istifadə etməyə hazırdır. Xerçinski xəbərdarlıq edib ki, vizasız rejimin müvəqqəti dayandırılması belə alətlərdən biridir.

Aİ səfiri aydınlıq gətirib ki, Aİ oktyabrın 26-da keçiriləcək parlament seçkisinə hazırlığı diqqətlə izləyir və bu seçkinin ədalətli və azad olacağına ümid edir. Əks halda, Aİ seçkidən dərhal sonra Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandıracaq.

Xatırladaq ki, Gürcüstan vətəndaşları 2017-ci ilin yazından Şengen ölkələrinə vizasız gediş-gəliş hüququndan istifadə edirlər. O vaxtdan bəri 250-300 min Gürcüstan vətəndaşı vizasız rejimdən istifadə edərək Avropaya gedib və orada iş tapıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.