Gürcüstan

Gürcüstan ordusunun azərbaycanlı əsgəri həlak oldu

9 İyun 2023 11:04
Baxış: 4 533
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 8-də Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamenti Müdafiə Qüvvələrinin hərbi hissələrindən birinin sıravi hərbi qulluqçusu, 2005-ci il təvəllüdlü Yusif Nəsibovun ölümü ilə bağlı məlumat yayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Gürcüstan Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, Yusif Nəsibov intihar edib.

"İstintaq zamanı müəyyən edilib ki, adıçəkilən hərbi qulluqçu növbətiçilik edərkən xidməti silahdan özünə atəş açıb. İlkin məlumata görə, mərhum çənəsindən güllə yarası alıb və hadisə yerində ölüb", - deyə Gürcüstan MN-nin məlumatında qeyd edilir.

Hazırda faktla bağlı Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi tərəfindən araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.