Təhsil

Bu təhsil ocağının adı dəyişdirilir

14 May 2024 16:26
Baxış: 1 476
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar verilib.

Milli.Az xəbər verir ki, sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil ediləcək.

Gənclər və İdman Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Azərbaycan İdman Akademiyasının dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.

Nizamnaməyə əsasən, Gənclər və İdman Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan İdman Akademiyası Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır və onun hüquqi varisidir.

Akademiya ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir. Akademiyanın nizamnamə fondu 19.767.070 (on doqquz milyon yeddi yüz altmış yeddi min yetmiş) manatdır.

Akademiyanın ali idarəetmə orqanı Elmi Şuradır. Elmi Şuranın yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi müvafiq əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur. Akademiyanın strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Himayəçilər Şurasının tərkibini azı 3 (üç) nəfər olmaqla Nazirlik təsdiq edir. Himayəçilər Şurasının yaradılması, səlahiyyətləri və fəaliyyətinin təşkili qaydası Nazirliyin təsdiq etdiyi əsasnamə və bu Nizamnamə ilə müəyyən olunur. Akademiyanın cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rektor rəhbərlik edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.