İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün təlim

25 İyun 2021 18:46
Baxış: 578
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Beynəlxalq Bankı Sahibkarlar Klubuna üzv olan bir qrup iş adamı üçün Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində təlimlər təşkil edəcək. 29-30 iyun tarixlərində keçiriləcək təlimlərə Dövlət Vergi Xidməti, KOBİA və AMEA-nın İqtisadiyyat İnstitutu da dəstək verəcək. Tədbir iştirakçılarına düşməndən azad edilmiş ərazilərimizdə sahibkarlığın inkişafı və yeni biznes imkanları, Azərbaycan Beynəlxalq Bankının iş adamlarına təqdim etdiyi məhsul və xidmətlər, eləcə də mühasibatlıq, biznesin təkmilləşdirilməsi ilə bağlı mövzular təqdim ediləcək. İki günlük təlimlər zamanı sahibkarlar yeni tərəfdaşlıqlar yaratmaq imkanı da qazanacaqlar.

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli bildirib: "Sahibkarlar Bankımız üçün sadəcə önəmli müştəri qrupu deyil, eyni zamanda ölkə iqtisadiyyatının inkişaf qaynağıdır. İş adamlarımıza fəaliyyətləri boyunca kömək göstərmək, onların bazardakı yeniliklərə çevik şəkildə uyğunlaşmalarına nail olmaq üçün imkanlarımızdan istifadə edərək hər sahədə dəstəyimizi davam etdiririk. Bankımızın öz tərəfdaşları ilə birgə keçirdiyi "Sahibkarlar Klubu təlimləri" də sahibkarlar qrupu üçün effektiv tədbirlərimizdən olacaq".

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.