İqtisadiyyat

Ötən 4 ayda əhaliyə keçən ilin eyni dövrünə nisbətən 6 faiz çox vəsait ödənilib

16 May 2021 14:49
Baxış: 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6% çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 2021-ci ilin yanvar-aprel aylarında da pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə ödənişlərdə artım dinamikası davam edib.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə ötən ilin eyni dövrünə nisbətən 6,0% və ya 113,9 milyon manat çox olmaqla 2 milyard 25 milyon manat vəsait ödənilib.Bu sosial ödənişlər ümumilikdə 2 milyon 350 min şəxsi əhatə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.