İqtisadiyyat

Azərbaycanda Rusiya rubluna tələbat kəskin azalıb

2 Aprel 2021 18:29
Baxış: 1 087
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yanvar-fevral aylarında Azərbaycan əhalisi banklardan 302,721 mln. Rusiya rublu alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 57% (2,3 dəfə) azdır.

Milli.Az APA-ya istinadən bildirir ki, təkcə fevralda əhali 163,331 mln. rubl alıb ki, bu da yanvar ayı ilə müqayisədə 17,2% çoxdur, ötən ilin eyni ayı ilə müqayisədə isə 56,8% (2,3 dəfə) azdır.

Bundan əlavə, cari ilin yanvar-fevral aylarında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 2,083 mlrd. rubl təşkil edib ki, bu da illik müqayisədə 16% azdır. Təkcə fevral ayında əhali banklara 1,074 mlrd. rubl satıb ki, bu da aylıq müqayisədə 6,5% çoxdur, illik ifadədə isə 6,1% azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.