İqtisadiyyat

Pandemiyanın qlobal iqtisadiyyata vurduğu zərərin həcmi açıqlanıb

27 Mart 2021 16:11
Baxış: 553
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyasının qlobal iqtisadiyyata vurduğu zərər 3,5 trln. ABŞ dollarını üstələyir.

Milli.Az "APA-Economics"ə istinadən bildirir ki, bu barədə RİA "Novosti"yə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Onun sözlərinə görə, bu, 2008-ci ilin böhranının vurduğu zərərdən iki dəfə çoxdur.

"COVID-19 pandemiyası, şübhəsiz, XXI əsrin ən böyük problemlərindən biri kimi tarixə düşəcək. Onun nəticələri həyatımızın bütün sahələrinə mənfi təsir göstərdi. Beynəlxalq iqtisadi münasibətlər də bundan kənarda qalmadı", - S. Verşinin vurğulayıb.

O əlavə edib ki, bütün bunlar həm milli iqtisadiyyatları, həm də beynəlxalq qurumları ciddi sınağa çəkdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.