İqtisadiyyat

Qida təhlükəsizliyi sahəsində 9,44 faiz irəliləyiş əldə olunub

17 Mart 2021 16:34
Baxış: 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq təcrübəyə uyğun və ölkə ərazisində mövcud qida təhlükəsizliyi problemlərinin ətraflı araşdırılması nəticəsində ölkəmiz üçün prioritet hesab olunan 16 istiqamətdə 2020-ci il üzrə qida təhlükəsizliyi sahəsində mövcud vəziyyəti əks etdirən sənəd tərtib olunub. Mövcud vəziyyətin vizual təqdimatını əks etdirən həmin sənədə əsasən ölkəmizdə 2020-ci ildə qida təhlükəsizliyi vəziyyəti müsbət istiqamətdə 9,44 % dəyişib.

Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, əldə olunan göstəricilərə əsasən 2019-cu illə müqayisədə hər hansı uyğunsuzluq aşkarlanan, həmçinin nəticəsində inzibati xəta aşkarlanan yoxlamaların sayında müsbət dəyişiklik qeydə alınıb.

Eyni zamanda, qida təhlükəsizliyi ilə bağlı xüsusi təhlükəli hesab edilən bir sıra mikroorqanizmlərin qida məhsullarında aşkar edilməsi üzrə də müsbət istiqamətdə dəyişikliklər qeydə alınmış, nəticədə mikrobioloji təhlükəsizlik göstəriciləri baxımından məhsulların daha etibarlı olduğu müəyyən edilib.

Qeyd edək ki, qida məhsullarının rəqabət qabiliyyətini müəyyən edən əsas göstəricilərdən biri də ixrac zamanı idxalatçı ölkələr tərəfindən imtina prosedurlarının tətbiq edilib-edilməməsidir. Bu baxımdan 2020-ci il ərzində qida təhlükəsizliyi göstəriciləri üzrə yalnız 1 imtina halı qeydə alınmış və 2019-cu illə müqayisədə 97% müsbət istiqamətdə dəyişiklik baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.