Binəqədidə Çin vətəndaşına məxsus qanunsuz fəaliyyət göstərən müəssisə aşkarlandı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Binəqədidə qanunsuz fəaliyyət göstərən unlu-qənnadı məmulatların istehsalı müəssisəsi aşkarlayıb.
Agentlikdən Milli.Az-a verilən məlumata görə, Binəqədi rayonu, Biləcəri ŞTQ, Binəqədi şosesi, Yeni yaşayış massivi, Şimal küçəsi, döngə 4 ünvanında fəaliyyət göstərən unlu-qənnadı məmulatların istehsalı müəssisəsində antisanitar şəraitdə məhsulların istehsalı və satışı barədə məlumat daxil olub. Daxil olan məlumat əsasında unlu-qənnadı məmulatların istehsalı müəssisəsinə baxış keçirilib.
Baxış zamanı müəyyən edilib ki, fiziki şəxs Çin Respublikası vətəndaşı Xuefeng Ye-ə məxsus müəssisədə kustar üsulla "Bakı bulka" və "Səma" əmtəə nişanlı bulka və şirin çörək məhsullarının istehsalı və satışı həyata keçirilir. İlkin baxış keçirilən zaman müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi, məhsulun istehsalı prosesində texnoloji prinsipə əməl olunmadığı məlum olub.
Yoxlama zamanı müəssisədə üzərində vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin düzgün qeyd edilmədiyi və qanunvericiliyin tələblərinin pozularaq məhsulların istehsal tarixinin 3-5 gün sonraya, saxlama müddətinin isə 72 saat olmasına baxmayaraq standartların və normativ texniki sənədlərin tələbləri pozularaq 30 gün qeyd olunur. Qanunsuz fəaliyyət göstərən müəssisədə 1850 ədəd qablaşdırmada "Bakı bulka" və 312 ədəd qablaşdırmada "Səma" əmtəə nişanlı bulka və şirin çörək məhsulları aşkarlanıb və dövriyyədən çıxarılaraq satışı qadağan edilib.
Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Araşdırmalar davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilasından davamlı inkişafa doğru
-
Putinin vəzifə verdiyi İradə Zeynalova üzləşdiyi çətinlikdən danışdı
-
Çemberlen müğənni ilə evləndi - FOTO
-
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
-
"O qədər xəyanət etmişəm ki..."
-
Qadın basketbolçularımız Avropa Kubokunun finalında
-
"Elə davranırlar ki, sanki buralar ulu babalarından miras qalıb" - Xəzər sahilində daha bir hasarlama
-
Tramp və Putin telefon danışığı aparıb
-
Tramp: “Beyruta hücum bu qədər mühüm prosesi pozmamalıdır”
-
"Məni tanımır, hərdən mənə "ana" deyir"
-
Azərbaycanda nümunəvi addım: Ağır qəza keçirən şəxs bütün orqanlarını bağışladı
-
Fransa yeni nüvə raketi hazırlayır
-
Rza Cəfərova xaricdən 4 təklif var
-
Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı
-
Flora Kərimovanın son vəziyyəti açıqlandı
-
Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin
-
Dünya çempionatında rekord qırdı
-
Analitiklərdən 2026 Dünya Kuboku ilə bağlı milyardlıq proqnoz
-
Hikmət Hacıyev ilə Armen Qriqoryan Ermənistanın Dilican şəhərində görüşüb
-
OpenAI “ChatGPT”nin yeni funksiyasını Messi ilə tanıtdı
-
Arda Turan Ukraynada ilin məşqçisi seçildi
-
Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq
-
Bakıda 14-cü Özəl Sektor Forumu keçiriləcək
-
Gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirildi





