İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıda keçiriləcək İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunmuş "İslam İnkişaf Bankı Qrupunun 5-ci Startaplar və İnnovasiya Təqdimat Müsabiqəsi 2026"nın ("5-ci IsDB Group Startups & Innovation Pitch Competition 2026") növbəti mərhələsinə start verilib.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı ilə həyata keçirilən müsabiqəyə Azərbaycandan 200-dən çox müraciət daxil olub. İİB-nin qiymətləndirmə platforması vasitəsilə aparılan seçim prosesi nəticəsində 6 strateji innovasiya istiqaməti üzrə 25 startap müsabiqənin növbəti mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə 14-16 iyun tarixlərində "Bakı KOB evi"ndə üç günlük "Bootcamp" proqramı keçiriləcək. Proqram çərçivəsində seçilmiş startaplar təqdimat bacarıqlarının inkişaf etdirilməsi, biznes modellərinin təkmilləşdirilməsi, investorlarla effektiv kommunikasiya və investisiya cəlbetmə imkanlarının artırılması istiqamətində intensiv təlim və mentorluq sessiyalarında iştirak edəcəklər. Proqrama innovasiya və sahibkarlıq sahəsində yerli və beynəlxalq təcrübəyə malik ekspert və mentorlar cəlb olunublar.
Müsabiqənin nəticələri isə iyunun 17-də Bakı Konqres Mərkəzində keçiriləcək "Strateji bilik dialoqu və qlobal təqdimat günü"ndə ("Strategic Knowledge Dialogue & Global Demo Day") elan olunacaq. "Demo Day"də innovasiya, süni intellekt, maliyyə, ticarət və sahibkarlıq mövzularına həsr olunmuş panel müzakirələrlə yanaşı, finala vəsiqə qazanan 12 startap beynəlxalq investorlar və ekspertlər qarşısında öz layihələrini təqdim edəcəklər.
Final mərhələsində iştirakçıların çıxışları Azərbaycan Respublikası və İİB tərəfindən müəyyən edilmiş beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Müsabiqənin yekununda ümumilikdə 9 qalib müəyyən ediləcək və onlara mükafatlar təqdim olunacaqdır.
Müsabiqənin keçirilməsində əsas məqsəd innovativ sahibkarlığın inkişafına dəstək göstərmək, perspektivli startapların investorlarla əməkdaşlıq imkanlarını genişləndirmək, onların beynəlxalq bazarlara çıxışını təşviq etmək və Azərbaycanın innovasiya ekosisteminin qlobal əməkdaşlıq platformalarına inteqrasiyasına töhfə verməkdir.
DİGƏR XƏBƏRLƏR
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndəriləcək
-
Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı
-
Dünya bazarında neft ucuzlaşdı
-
Ramiz Mehdiyevin ailə bankı BOKT-a çevrildi
-
İslam İnkişaf Bankı Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün müsabiqə keçirilir
XƏBƏR LENTİ
-
"Kaş meyxana deməzdik" - Aydın Xırdalanlı barədə ETİRAF
-
Norveç şahzadəsinin oğlu həbs edildi - FOTO
-
İlk dəfə tısbağa görən pişiyin reaksiyası gülüş doğurdu - VİDEO
-
Sabah Bakıda 31 dərəcə isti olacaq
-
Bakıda 80 yaşlı qadının hovuz görüntüləri gündəm oldu - VİDEO
-
Acunun komandası millimizin üzvünü istəyir
-
Ağ Evdə UFC gecəsi: Yeni çempion bəlli oldu - VİDEO
-
XİN ABŞ və İran arasında əldə olunmuş razılaşmanı alqışlayıb
-
Dünyaya uşaq gətirən arvadına “Ferrari” hədiyyə etdi - FOTO
-
Aygün Kazımova Röyaya ad günü hədiyyəsi göndərdi - FOTO
-
Məşhur xanəndə: "O ampula olmasaydı, bu gün həyatda yox idim" - VİDEO
-
Bakının 6 rayonunda yolların təmirinə başlanılır - SİYAHI
-
Azərbaycan-Türkiyə müttəfiqliyinin yeni dövrü
-
Şuşa Bəyannaməsi strateji tərəfdaşlıq münasibətlərini tarixi mərhələyə yüksəldib - Səfirlik
-
Vergi ödəyicilərinin diqqətinə: Şikayətdən əvvəl bunları edin
-
Flora Kərimovanın son vəziyyəti açıqlandı
-
İllər öncə Röya ilə alınmayan duetdən danışdı: "Saçlarımı yolmaq istədim..." - VİDEO
-
"Ulu Öndərin hakimiyyətə qayıdışı ölkəmizin taleyində dönüş anı oldu" - Kamaləddin Qafarov
-
Şüvəlanda it 2 nəfərə hücum etdi
-
"Razılaşma olmasa, zərbələr bərpa edilə bilər" - Tramp
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndəriləcək
-
Bakıda qayınatanın gəlinə bahalı hədiyyəsi diqqət çəkdi - VİDEO
-
“Şamaxı”nın futbolçusu Ermənistan klubuna keçdi - FOTO
-
Cengiz Kurtoğlu ilə bağlı üzücü xəbər





