İqtisadiyyat

Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək

4 Dekabr 2020 17:09
Baxış: 1 542
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiya 2021-ci ilin əvvəlindən "Dəhliz 11" yolunun tikintisi üçün Azərbaycandan aldığı kreditin 170 milyon avro məbləğində ödənilməmiş hissəsini qaytarmağı planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

O bildirib ki, bu borc ödəndikdən sonra Serbiyanın xarici borcu ümumi daxili məhsulun 58,5 faizinədk azalacaq.

Prezident əlavə edib ki, Serbiya borcunu bu ilin sonunadək, ən geci gələn ilin əvvəlinədək ödəyəcək.

Qeyd edək ki, Serbiya "Dəhliz 11" yolunun tikintisi üçün Azərbaycandan 2012-ci ildə 300 milyon avro məbləğində borc almışdı. Tikinti işləri Azərbaycanın "AzVirt" tikinti şirkəti tərəfindən aparılırdı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.