İqtisadiyyat

Bu il 12 min ailənin kiçik biznesə çıxışı təmin ediləcək - FOTO

4 Noyabr 2020 12:34
Baxış: 1 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2020-ci il ərzində özünüməşğulluq proqramıproqram çərçivəsində 12 min ailənin kiçik biznesə çıxışının təmin edilməsi işləri aparılır.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, ƏƏSMN tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən əsasən həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işləri davam etdirilir.

Proqramın icrası zamanı əlilliyi olan şəxslər, şəhid ailələri, ünvanlı sosial yardım alan ailələrin üzvləri və digər həssas qruplarla yanaşı, məcburi köçkünlərə də üstünlük verilir. Bu ilin ötən dövründə proqrama cəlb olunanlardan 1305 nəfəri məcburi köçkünlər olub. Onlardan əksər hissəsinə mal və materiallar formasında aktivlər verilməklə, kiçik ailə təsərrüfatları yaradılıb.

Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd rayonlarından olan, 30 ilə yaxın davam edən yurd-yuva həsrətinə son qoyulmuş bu vətəndaşlar indi "Artıq biz məcburi köçkün deyilik!" sözlərini qürurla səsləndirirlər.

Məcburi köçkün olduqları dövrdə isə həmişə dövlətin qayğısını hiss etdiklərini deyir, özünüməşğulluq proqramı əsasında onlar üçün kiçik ailə bizneslərinin yaradılmasından da razılıq edirlər. Doğma torpaqlarına öz ailə biznesləri ilə qayıdacaqlarını, orada öz təsərrüfatlarını daha da inkişaf etdirəcəklərini bildirirlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.