2020-ci ilin sentyabr ayında Azərbaycanın ixrac icmalındakı tərəfdaşlarında cüzi dəyişikliklər olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Belə ki, sentyabr ayında ixrac icmalında İran da yer tutub.
Belə ki, qeyri-neft və qaz məhsullarının ixracında Rusiya 35,7 milyon ABŞ dolları ilə öndədir. Daha sonra 27,8 milyon ABŞ dolları ilə İsveçrə, 25,1 milyon ABŞ dolları ilə Türkiyə, 7,6 milyon ABŞ dolları ilə Gürcüstan, 6,9 milyon ABŞ dolları ilə İran siyahıya daxil olub.
Milli.Az