ABB “EY İlin İş Adamı™” müsabiqəsinə yenidən dəstək verir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyanın ən böyük audit-konsaltinq şirkətlərindən olan "EY" şirkəti "EY İlin İş Adamı™" müsabiqəsinə növbəti dəfə start verib. Ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı yönündə layihələr həyata keçirən Azərbaycan Beynəlxalq Bankı da müsabiqəyə dəstək verir. Müsabiqənin daha bir sponsoru isə BP şirkətidir.
"EY İlin İş Adamı™" öz cəmiyyətində, ölkəsində, ümumən dünyada həyat keyfiyyətlərini yüksəltməkdən ötrü çalışan, liderlik, uğur nümayiş etdirən şəxslərin və şirkətlərin sahibkarlıq nailiyyətlərini tanıyan qlobal proqramdır. Proqram 30 ildən çoxdur ki, təsis edilib və hazırda dünyanın 60-dan çox ölkəsində, 145 şəhərində hər il mütəmadi keçirilir. "EY İlin İş Adamı™" müsabiqəsi ötən il ölkəmizdə də ilk dəfə Azərbaycan Beynəlxalq Bankının dəstəyi ilə baş tutub. Yeni müsabiqədə iştirak etmək istəyən sahibkarlar, iş adamları, müəssisə rəhbərləri öz ərizələrini 21 noyabr 2020-ci ilədək proqramın təşkilat komitəsinə təqdim edə bilərlər.
Proqram Azərbaycanda istənilən sahədə fəaliyyət göstərən sahibkarlar üçün açıqdır. Müsabiqədə iştirak etmək istəyən şirkətin son iki il ərzində 300 min manatdan 30 milyon manatadək dövriyyəsi olmalıdır. Uyğunluq meyarları və proqramla bağlı ətraflı məlumatı buradan əldə etmək olar.
Müsabiqənin finalçıları və qalibi tanınmış sahibkarlar, dövlət şirkətlərinin top-menecerləri, beynəlxalq maliyyə qurumlarını təmsil edən idarəçilərdən ibarət müstəqil münsiflər heyəti tərəfindən seçiləcək. Milli müsabiqənin qalibi "EY Dünya Üzrə İlin İş Adamı" müsabiqəsində Azərbaycanı təmsil etmək və digər ölkələrin finalçıları ilə yarışmaq imkanı qazanacaq.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Ötən il "EY İlin İş Adamı™" müsabiqəsi ölkəmizdə ilk dəfə uğurla baş tutdu. Pandemiya ilə bağlı məhdudiyyətlərə baxmayaraq onlayn həllərin köməyi ilə qalibin seçilməsi mümkün oldu. Azərbaycan Beynəlxalq Bankı bu il keçirilən müsabiqəyə də məmnuniyyətlə dəstək verir. Məqsədimiz sahibkarlara öz işgüzar əlaqələrini genişləndirmək, bizneslərini böyütmək, şirkət və komanda profillərini yüksəltmək üçün yeni imkanlar yaratmaqdır".
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
XƏBƏR LENTİ
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır
-
Müğənni Sevda çimərlik geyimində videosunu paylaşdı





