İqtisadiyyat

Gələn il sosial müdafiə və sosial təminata ayrılacaq vəsaitin həcmi 4 milyard manata yaxın olacaq

3 Sentyabr 2020 13:25
Baxış: 673
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gələn ilin Azərbaycanın dövlət büdcəsində sosial müdafiə və sosial təminata ayrılacaq vəsaitin xüsusi çəkisi açıqlanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu, Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

Gələn il sosial müdafiə və sosial təminata ayrılan vəsaitin həcmi büdcə gəlirlərinin 14,6 faizi həcmində olacaq.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 327,0 mln. manat, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 847,5 mln. manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il sosial müdafiə və sosial təminata ayrılacaq vəsaitin həcmi 3 milyard 773 milyon manatdan çox olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.