İqtisadiyyat

Türkiyədən Azərbaycana dəri məmulatları ixracı azalıb

24 Avqust 2020 20:30
Baxış: 958
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,94 faiz azalaraq 8,142 milyon dollar təşkil edib.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Hesabata əsasən, iyul ayında Türkiyədən Azərbaycana dəri məmulatları ixracı ötən ilin iyulu ilə müqayisədə 44,04 faiz azalıb və 679 min dollara bərabər olub.

Qeyd edək ki, 2020-ci ilin yanvar-iyul aylarında Türkiyənin dünya bazarlarına dəri məmulatları ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 23,9 faiz azalaraq 758,505 milyon dollar təşkil edib.

Dəri məmulatları ixracı hesabat dövründə Türkiyənin ümumi ixracının 0,8 faizini təşkil edib.

Son 12 ay ərzində (iyul 2019 - iyul 2020) Türkiyə 1,426 milyard manat məbləğində dəri məmulatı ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.