İqtisadiyyat

Norveçin dövlət pensiya fondu 18 milyard avro itirib

18 Avqust 2020 20:53
Baxış: 1 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Neft gəlirləri ilə maliyyələşən Norveçin dövlət pensiya fondu pandemiya fonunda 2020-ci ilin ilk yarısında 3,4 faiz və 188 milyard Norveç kronu (təxminən 18 milyard avro) itirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə fond açıqlama yayıb.

Açıqlamada deyilir: "Bu dövrdə birjalarda böyük dalğalanmalar oldu. İl optimist şəkildə başladı, ancaq koronavirus qlobal miqyasda yayılmağa başladığından bazarlarda əhval dəyişdi. İkinci rübdə vəziyyətin yaxşılaşmasına baxmayaraq, əhəmiyyətli qeyri-müəyyənliyi müşahidə etməyə davam edirik".

Fondun həcmi 1 trilyon dollardır. Koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq üçün hökumət fonddan 419,6 milyard Norveç kronunu (38 milyard avro) istifadə etmək niyyətindədir. Bu məbləğ oktyabr ayında dərc edilən təklif olunan büdcədən 174.4 milyard kron (17.7 milyard avro) çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.