İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri başa çatmaq üzrədir

15 Avqust 2020 17:22
Baxış: 1 037
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Gürcüstan sahəsində infrastruktur işləri aktiv rejimdə davam edir və yekun mərhələyə yaxınlaşır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə layihənin Gürcüstan administrasiyasından bildiriblər.

Məlumata əsasən, hazırda quraşdırılmış siqnalizasiya, mərkəzləşdirmə və bloklama sisteminin sınaqları keçirilir.

Qeyd olunur ki, Gürcüstan sahəsində təhlükəsizlik norma və standartlarına uyğunlaşdırma üzrə tədbirlər görülür: "Biz soyuqların düşməsinədək işləri bitirmək üçün maksumum güclə işləyirik".

Qeyd edək ki, dəmiryolunun Gürcüstan sahəsində iritonnajlı konteynerlərin boşaldılması üçün 46 ton yükqaldırma qabiliyyətinə malik kranla təchiz olunmuş mexaniki məntəqə yaradılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.