İqtisadiyyat

Gürcüstanın Azərbaycana 6 milyon 107 min dollar borcu var

14 Avqust 2020 19:59
Baxış: 1 530
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cari ilin avqustun 1-nə olan məlumata əsasən Gürcüstanın 6,5 milyard dollar borcu var. Bunun da 6,3 milyard dolları hökumətin payına düşür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Gürcüstanın Azərbaycana borcu aylıq müqayisədə dəyişməyib və avqustun 1-nə 6 milyon 107 min ABŞ dolları təşkil edir. Gürcüstanın ən çox borcu olduğu ölkələrin ilk üçlüyündə 493,5 milyon dollarla Almaniya birincidir. İkinci yerdə 558,2 milyon dollarla Fransa və üçüncü yerdə 216,4 milyon dollarla Yaponiya qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.