İqtisadiyyat

Azərbaycanın zərgərlik sahəsi yeni səviyyəyə keçir

4 Avqust 2020 12:52
Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan zərgərlik məmulatlarının istehsalı və satışı istiqamətində MDB ölkələri ilə böyük əməkdaşlıq potensialına malikdir.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.

Onun sözlərinə görə, bu günədək Azərbaycan zərgərlk məmulatları deyil, yalnız qızıl şəklində xammal ixrac edirdi. O qeyd edib ki, ölkənin zərgərlik məmulatları ixracı istiqamətində marağı və böyük potensialı var.

İlin sonunadək proqnozlara gəldikdə, T.Abbasquliyev bildirib ki, zərgərlik məmulatları satışının 75-80 faizi toy mərasimlərinin hesabına baş tutur və proqnozlar bu tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması ehtimalına bağlıdır:

"İlin sonunadək hazır zərgərlik məmulatlarının ixracı gözlənilmir, çünki bütün ölkələr güclü iqtisadi azalma ilə üzləşib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.