İqtisadiyyat

Mərkəzi Bank: Bağlanan banklarda olan əmanətlərin böyük hissəsi sığortalanıb

13 May 2020 13:08
Baxış: 1 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lisenziyaların ləğv olunan banklarda olan ipoteka kreditlərinin ümumi məbləği təxminən 211 milyon manat təşkil edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu NBC Bank və AG Bankın lisenziyalarının ləğv olunması ilə bağlı keçirilən mətbuat konfransında Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, qeyd olunan kreditlərin taleyi, yəni hansı mövcud banklara yönləndiriləcəyi Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən həll olunacaq.

E.Rüstəmov əlavə edib ki, banklarda olan əmanətlərin böyük hissəsi sığortalanıb, sığortalanmayan əmanətlərin məbləği 3 milyon manatdan çox deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.