İqtisadiyyat

Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı azalıb

15 Aprel 2020 09:45
0 Şərh     Baxış: 1 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin martında Türkiyədən Azərbaycana sitrus meyvələrinin ixracı 2019-cu ilin martı ilə müqayisədə 11 faiz azalıb.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Türkiyənin Meyvə-Tərəvəz İxracatçıları Birliyindən deyiblər.

Məlumata əsasən, ötən ay Türkiyə Azərbaycana 3,466 min ton sitrus meyvəsi ixrac edib.

Bu, Türkiyənin ümumi sitrus ixracının 3 faizini təşkil edir.

Mart ayında Türkiyədən Azərbaycana ixrac olunan sitrus meyvələrinin ümumi məbləği 1,3513 milyon dollara bərabər olub. Bu, 2019-cu ilin martı ilə müqayisədə 4 faiz azdır.

Ötən ay Türkiyə dünya bazarlarına 178,866 milyon dollar məbləğində meyvə və tərəvəz ixrac edib ki, bu da 2019-cu ilin martı ilə müqayisədə 25 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.