İqtisadiyyat

Airbus təyyarələrin istehsalını azaldır

9 Aprel 2020 07:45
0 Şərh     Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirusun dünyada yayılması ilə bağlı məhdudiyyətlər Avropanın "Airbus" aviasiya-kosmik korporasiyasını sərnişin təyyarələrinin istehsalını üçdə bir azaltmağa məcbur edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, şirkət bu barədə öz saytında müvafiq bəyanat yerləşdirib.

"İxtisarlar [İstehsalın] öncəki moronavirus dövrü ilə müqayisədə təxminən üçdə bir təşkil edib", - bəyanatda bildirilir. Yeni normativlər A320, A330 və A350 növ təyyarələr üçün nəzərdə tutulub və ayda müvafiq olaraq 40, 2 və 6 təşkil edib.

Sənədə əsasən, birinci rübdə Airbus 290 kommersiya təyyarəsi üçün sifarişilər alıb və 122-ni təhvil verib. Rüb ərzində daha 60-ı istehsal olunub, lakin onların alınması sifarışçilər tərəfindən təxirə salınıb.

"Pandemiyanın təsiri görünməmiş. Airbus - da insanların qorunması və koronavirusa qarşı mübarizənin dəstəklənməsi bu zaman bizim əsas prioritetlərimizdir", - deyə CEO Guillaume Fori bildirib. Bəyanatda həmçinin qeyd edilir ki, indi korporasiya tibbi avadanlığın, o cümlədən üz maskalarının və ağ ciyərlərin süni ventilyasiyası aparatlarının işlənib hazırlanmasını və çatdırılmasını fəal şəkildə dəstəkləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.