Tahir Mirkişili: İqtisadi dəstək proqramları orta və uzun müddətə əsaslanır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünyada pandemiyanın yayılması, neftin qiymətinin düşməsi, eyni zamanda Azərbaycan dövlətinin vətəndaşının sağlamlığını əsas tutaraq ölkədə məhdudlaşdırıcı tədbirlər həyata keçirməsi təbii ki, sahibkarlıq subyektlərinə və iqtisadiyyata təsirsiz ötüşə bilməz.
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, 4 işçi qrupunun yaradılması, sahibkarların bu problemdən minumum zərərlə çıxması, həmçinin vətəndaşlar üçün bu proseslərin mənfi təsirinin minumuma endirilməsi ilə bağlı dövlət dəstəyi proqramının hazırlanması kimi qabaqlayıcı tədbirlər görülür:
"Azərbaycan dövlətinin dəstək proqramları kifayət qədər düşünülmüş, orta və uzun müddətə əsaslanır. Artıq İqtisadiyyat Nazirliyi tərəfindən dəstək proqramının istiqaməti və əhatəsi ilə bağlı təkliflər hazırlanıb. Bu proqram təxminən 600 minə yaxın insanı əhatə edəcək.
Bütövlükdə baxsaq, proqram bir neçə istiqamətdən ibarətdir. Əsasən 304 minə yaxın muzdlu işçiyə birbaşa yardımın göstərilməsi nəzərdə tutulur. Çünki məhz məhdudlaşma tədbirləri çərçivəsində bu qədər insanın əməkhaqqı almasında və sahibkarlar tərəfindən əməkhaqqının ödənilməsində müəyyən çətinliklər mövcuddur. Qeyd edim ki, 304 minə yaxın muzdlu işçi qeyri-neft sektorunda çalışanların təxminən 45 faizindən bir az artıqdır. Eyni zamanda 292 minə yaxın fərdi sahibkara dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanır. Çünki xüsusi karantin rejimi həm də fərdi sahibkarların, xüsusən də xidmət sahəsindəki sahibkarların işinin məhdudlaşdırılmasına gətirib çıxarıb.
Vergi güzəştləri ilə bağlı müəyyən imtiyazların verilməsi, sahibkarların banklardan götürdükləri kreditlərə dövlət dəstəyi mexanizminin hazırlanması kimi istiqamətlər mövcuddur".
Millət vəkili bildirib ki, tələbələrin təhsil haqqının ödənilməsi və ipoteka ilə bağlı dövlət dəstəyi proqramında xüsusi müddəalar nəzərdə tutulur.
Bundan başqa, kommunal ödənişlərdə insanlara ediləcək güzəştlərlə bağlı da dəstək proqramında müddəalar öz əksini tapıb: "Dövlət başçısının tapşırığı ilk öncə vətəndaşların sağlamlığını qorumaq, sonra isə sahibkarlara kömək və sonrakı dövrlərdə Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün qısa, orta və uzun müddətli proqramların hazırlanmasıdır. Düşünürəm ki, bununla Azərbaycan sahibkarları dövlət başçısının dəstəyini hiss edəcəklər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Neft yenidən bahalaşdı
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycan nefti 121 dolları keçdi
-
Neftin qiyməti ucuzlaşdı
XƏBƏR LENTİ
-
“İçərişəhər”də hərəkətin təşkili kameralarla tənzimlənəcək - (Video)
-
Zarina uşaqlıq arzusunu gerçəkləşdirdi
-
Rusiyada xaricilərin hərbi xidmət qaydaları dəyişdirildi
-
Keti Perri Bakıda bayrağımızı dalğalandırdı - (Foto/Video)
-
Lənkəranda uşaq fiziki zorakılığa məruz qalıb - təfərrüat - (Video)
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Metroda kişi qatar yoluna tullanıb
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb





