İqtisadiyyat

KOBİA əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərib

29 Mart 2020 13:02
Baxış: 2 062
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən əl dezinfeksiya edici vasitə istehsalına dəstək göstərilib.

Milli.Az xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata əsasən, yerli "Laric Chemical" şirkəti tərəfindən istehsal olunan əl dezinfeksiya edici vasitə hazırda istehlakçılara, idarə və müəssisələrə 1 və 5 litrlik qablarda təqdim olunur. Hazırda müəssisə tərəfindən bu məhsulun 400 və 500 ml qablarda qablaşdırılması, eləcə də dezinfeksiya edici gelin istehsalı istiqamətində iş aparılır.

"Laric Chemical" şirkəti 2017-ci ildən yuyucu və təmizləyici məhsulların istehsalı ilə məşğul olur.

KOBİA koronavirus pandemiyası ilə bağlı əhalinin tibbi spirtə, əl dezinfeksiya edici vasitələrə olan təlabatının daha dolğun ödənilməsi üçün sahibkarlıq subyektlərinin bu istiqamətdə təşəbbüslərini dəstəkləyir və səlahiyyətləri çərçivəsində belə məhsullar istehsal etmək istəyən sahibkarlara dəstək göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.