İqtisadiyyat

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur

19 Mart 2020 11:41
Baxış: 1 238
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan daha bir beynəlxalq sənədə qoşulur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Quru limanlar haqqında Hökumətlərarası Sazişə qoşulmaq barədə" qanun layihəsi Milli Məclisə təqdim olunub.

Qanun layihəsi parlamentin komitə iclaslarında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.

Qeyd edək ki, saziş 2013-cü il noyabrın 7-də Banqkok şəhərində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) iclasında imzalanıb. Sazişdə quru limanların milli proqramlar çərçivəsində və milli qanun və qaydalara uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulur. Burada, habelə, Sazişin imzalanması, ratifikasiyası, qəbuletmə, təsdiqetmə və qoşulma, sənədin qüvvəyə minməsi kimi məsələlər tənzimlənir.

Eyni zamanda, sazişin icrası ilə bağlı məsələlərə və təklif olunan düzəlişlərə baxılması üçün quru limanlar üzrə işçi qrupun yaradılması, əsas mətnə və əlavələrə düzəlişlərin edilməsi proseduru, sazişdən çıxma, sazişin qüvvəsinin dayandırılması, mübahisələrin həlli və digər məqamlarla bağlı bəndlər öz əksini tapıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.