İqtisadiyyat

Azərbaycan hökuməti sahibkarlara dəstək üçün təkliflər hazırlayır

17 Mart 2020 18:51
Baxış: 1 735
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan hökuməti sahibkarlara dəstək üçün təkliflər hazırlayır.

Milli.Az Trend-ə istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 17-də Baş nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçün hökumətin iclası keçirilib.

İclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı neqativ mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb.

Hökumətə tapşırılıb ki, 1 həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün, dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla təkliflər paketi hazırlasın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.