İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

5 Mart 2020 19:19
0 Şərh     Baxış: 2 384
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 4-də 54,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,31 dollar/barel azdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 53,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,29 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 48,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 51,72 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,39 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.