İqtisadiyyat

“KOB könüllüləri” sahibkarları məlumatlandırıb - FOTO

11 Fevral 2020 17:39
Baxış: 1 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB könüllüləri" Oğuz rayonunda fəaliyyət göstərən mikro və kiçik sahibkarları KOB-lara göstərilən dövlət dəstəyi tədbirləri və mexanizmləri barədə məlumatlandırıb.

Milli.Az xəbər verir ki, agentlikdən Trend-ə verilən məlumata görə, Oğuz rayonunda fəaliyyət göstərən ictimai-iaşə obyektlərində, ticarət mərkəzlərində, tikiş sexləri və fərdi təsərrüfatlarda olan Qəbələ-Oğuz "KOB Dostu" ofisinin könüllüləri sahibkarlara dövlət dəstəyi mexanizmləri, KOBİA-nın fəaliyyəti, biznesin qurulması və inkişafı, KOB-ların maraqlarının müdafiəsi, onlayn maarifləndirmə tədbirləri barədə məlumat veriblər.

Agentliyin müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərən "KOB könüllüləri" tərəfindən KOBİA-nın fəaliyyəti və göstərdiyi xidmətlər barədə yerli sahibkarların məlumatlandırılması tədbirləri davam etdiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.