İqtisadiyyat

Sahibkarları sanitar normativləri barədə məlumatlandırmaq lazımdır

23 Yanvar 2020 11:16
Baxış: 1 115
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün sahibkarların sanitar prosedurlarının normativləri barədə məlumatlandırılması ərzaq sektorunun inkişaf çərçivəsində ən vacib məsələdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov ərzaq təhlükəsizliyinin cari vəziyyəti və perspektivlərinə həsr olunmuş biznes forumu zamanı deyib.

O bildirib ki, bu sahədə KOBİA Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edir.

Sədrin sözlərinə əsasən, bu gün 10 mindən çox kiçik və orta sahibkar qida sektorunda qeydiyyatdan keçib və müvafiq olaraq bu sektorun çox böyük potensialı mövcuddur.

O.Məmmədov 2019-cu ildə 8 mindən çox sahibkarın treninq keçdiyini və onların biznesinin inkişafı məqsədilə fəal tədbirlər görüldüyünü vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.