İqtisadiyyat

"Bakı-Tbilisi-Qars xəttinin Naxçıvanla birləşdirilməsi üçün..." - Cavid Qurbanov

17 Dekabr 2019 14:54
0 Şərh     Baxış: 1 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı-Tbilisi-Qars xəttinin (BTQ) Naxçıvanla birləşdirilməsi üçün Türkiyə ərazisində 280 km xətt inşa olunmalıdır və bunun üçün 2 mlrd. ABŞ dollara yaxın sərmayə tələb olunur".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

C.Qurbanov bildirib ki, indiyə qədər Baki-Tbilisi-Qars dəmir yolu xətti ilə 300 min ton yük daşınıb.

Onun sözlərinə görə, hazırda bu xəttin daha intensiv işləməsi üçün işlər davam etdirilir:

"Hazırda bu istiqamət Rusiya şirkətləri tərəfindən aktiv istifadə edilir. Eyni zamanda Qazaxıstan tərəfi ilə əlavə yüklərin bu dəmir yolu xətti ilə daşınması istiqamətində işlər aparılır".

BTQ xətti ilə sərnişin daşımalarının təşkili ilə bağlı C.Qurbanov bildirib ki, bu istiqamət üzrə sərnişin qatarının sınaqı keçirilib və müvafiq sənədlər imzalanandan sonra sərnişin daşımalarına start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.