İqtisadiyyat

Gümüş bahalaşır - VİDEO

24 Avqust 2025 08:08
Baxış: 427
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qızılın qiyməti ilə yanaşı gümüşün qiyməti də artır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, satıcılar deyir ki, ötənil illə müqayisədə gümüşün qramında 3-5 manat fərq var.

Onların sözlərinə görə, qiymət fərqi ən çox istehsal ölkəsi və modelə görədir. Bahalaşma daha çox İtaliya istehsalı olan gümüşlərdə özünü göstərir.

Ekspertlərin fikrincə, əslində, son bir ayda bazarda olan vəziyyətlə əlaqədar gümümşün qiymətinin stabilləşməsi gözlənilirdi. Lakin bahalşma tendensiyası hələ də davam edir.

Mütəxəxssislərin fikrincə, növbəti ildə  gümüşün ucuzlaşması gözlənilir, lakin burada siyasi dinamika, dolların məzənnəsi və bir sıra faktorlar mühüm rol oynayır.

Daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.