İqtisadiyyat

Mərkəzi Bank bu sığorta şirkətlərinə məcburi göstəriş verdi

19 Dekabr 2024 16:28
Baxış: 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Mərkəzi Bankı (AMB) 6 sığorta şirkətinə məcburi göstəriş verib.

Milli.Az bu barədə AMB-yə istinadən xəbər verir.

Bunlar "AzSığorta", "İpək Yolu Sığorta", "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti", "Xalq Həyat", "Atəşgah Həyat" və "AzRe Təkrarsığorta" şirkətləridir.

AMB qeyd edib ki, həyata keçirilən araşdırmalar və sığorta bazarının ümumi monitorinqi zamanı sözügedən sığorta şirkətlərinin "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş sığortaçılarda korporativ idarəetmə ilə bağlı tələblərinin təmin edilməsi məqsədilə Qanunun 102.2.8-1-ci maddəsinə əsasən icrası məcburi göstəriş verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.