Kredit borcuna görə bankı məhkəməyə verib təzminat almaq olar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son zamanlar bank sektorunda müşahidə olunan narahatedici tendensiyalardan biri də kredit borclarının gecikməsi səbəbindən borclu şəxslərin ailə üzvlərinə və ya zaminlərinə banklar tərəfindən edilən zənglərdir.
Milli.Az oxu.az-a istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, bu cür hərəkətlər bank sirrinin və müştərilərin hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir.
Bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov bildirib ki, qanunvericiliyə əsasən, bank heç bir halda borclu şəxsin yaxınlarından borcun ödənilməsini tələb edə bilməz.
"Kredit borcu yalnız birbaşa borclu şəxsin özündən tələb olunmalıdır. Burada bir incə nüans var, əgər müştəri kredit müqaviləsi bağlayarkən onunla əlaqə yaratmaq mümkün olmadığı təqdirdə yaxınlarına zəng etməklə bağlı banka icazə veribsə, onu tapa bilmədikdə bank onun göstərdiyi şəxslərlə əlaqə saxlaya bilər. Əks halda, bu, bank sirrinin pozulması hesab edilir və müştəri mənəvi zərərin əvəzini tələb etmək üçün məhkəməyə müraciət edə bilər.
Azərbaycanda artıq bu cür işlər üzrə məhkəmə praktikası da mövcuddur. Banklar müştərinin razılığı olmadan kredit məlumatlarını üçüncü şəxslərə verməklə faktiki olaraq bank sirrini yaymış olurlar. Borclu şəxsin yaxınlarının isə tam hüququ var ki, bankdan gələn zənglərə etiraz etsinlər və bir daha narahat edilməməyi tələb etsinlər. Əks təqdirdə, onlar da mənəvi zərərin əvəzini tələb etmək üçün məhkəməyə müraciət edə bilərlər.
Beləliklə, banklar kredit borclarının gecikməsi zamanı yalnız borclu şəxsin özü ilə əlaqə saxlamalı, ailə üzvləri və ya zaminləri narahat etməməlidirlər. Bu, həm qanunvericiliyin tələbi, həm də bank-müştəri münasibətlərində etimad və məxfiliyin qorunması baxımından vacibdir", - deyə hüquqşünas vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
XƏBƏR LENTİ
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır





