İqtisadiyyat

Azərbaycanda çörəyin qiymətinə təsir edəcək qərar - Daha 3 il müddətinə...

1 Yanvar 2024 15:00
Baxış: 2 425
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb.

Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddətinin iki dəfə uzadılmaqla vergidən azad edilmişdi.

Ölkədə ƏDV dərəcəsi 18 % təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.