İqtisadiyyat

Qarabağda iki yeni idarə yaradıldı

27 Dekabr 2023 16:27
Baxış: 1 372
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İşğaldan azad olunmuş ərazilər üzrə vergi orqanları təsis edilib. İşğaldan azad edilmiş rayonların vergi şöbələrinin bazasında Qarabağ ərazi vergilər baş idarəsi və Şərqi Zəngəzur ərazi vergilər idarəsi yaradılıb.

Bu barədə Milli.Az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, burada əsas məqsəd işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyasının və Böyük Qayıdışın sürətləndirilməsinə töhfə verilməsi, vergi inzibatçılığının ümumi idarəetmə modelinə uyğunlaşdırılması, vergi xidmətlərinə əlçatanlığın təmin edilməsidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.