İqtisadiyyat

Torpaq və evlər niyə BAHALAŞACAQ? - Səbəbi məlum oldu

1 Noyabr 2023 08:00
Baxış: 1 380
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çıxarışı olan torpaq və evlərin bahalaşacağı gözlənir.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, ekspertlər bunu tikinti şərtləninin ağırlaşdırlması, xüsusilə də fərdi yaşayış evləri ilə bağlı bəzi aydaların sərtləşdirilməsi ilə əlaqləndirir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, oktyabrın 1-dən qüvvəyə minən qaydalara əsasən, vətəndaş ilk növbədə təyinatı fərdi yaşayış evinin tikintisinə uyğun olan torpaq sahəsi almalıdır. Həmçinin, artıq tikilmiş evləri də ilkin icazə sənədləri yoxdursa, kommunal infrastrukturla -yəni qaz, işıq və su-kanalizasiya xətləri ilə təmin etmək mümkün olmayacaq.

Ekspert deyir ki, məhz belə qaydalar vətəndaşları tədricən sövq edəcək ki, sənədli torpaq sahələrində ev tiksinlər. Bu isə təbii ki, qiymət artımına təsir edən əsas amillərdəndir.

Ramil Osmanlı qeyd edib ki, nəticə etibarilə təkcə torpaq yox, çıxarışlı fərdi evlər də bahalaşacaq.

Onun sözlərinə görə, hazırda ölkədə 600 minə yaxın sənədsiz ev var ki, bunun da 450 mini Bakının payına düşür. İl ərzində də 25-30 min belə ev tikilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.