İqtisadiyyat

Uşaq qidaları bahalaşır - 100 manatdan çox... - VİDEO

27 Avqust 2023 09:10
Baxış: 1 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaq qidalarının qiyməti artmağa davam edir.

Əczaçılar deyirlər ki, sözügedən qidaların qiyməti artan templə davam edir və son 1-2 ay ərzində bu fərq özünü daha qabarıq göstərir.

Satış nöqtələrində qiyməti 100 manatdan çox olan uşaq qidaları var.

Valideynlər isə qiymətlər artsa da, uşaq qidalarını məcbur qalıb alıdıqlarını bildirirlər. Çoxuşaqlı ailələrdə isə vəziyyət daha da çətinləşir.

İqtisadçı ekspert Altay İsmayılov "Xəzər Xəbər"ə deyib ki, qidaların bahalaşmasının 2 səbəbi var.

Onun fikrincə, əgər daxili tələbatı ödəmək üçün keyfiyyətli qidalar istehsal olunarsa, bu kimi problemlər aradan qalxa bilər. Həmçinin valideynlər də zərurət olmadığı təqdirdə təbii qidalara üstünlük verməli, sonrakı yaş dövrlərində isə hazır uşaq qidalarının istifadəsini azaltmalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.