İqtisadiyyat

Maşın və avadanlıqların istehsalı azalıb

13 Avqust 2023 16:34
Baxış: 1 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin yeddi ayında maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların, sair nəqliyyat vasitələrinin istehsalı sahələrində 243,4 milyon manatlıq məhsul istehsal edilib.

Bakı Şəhər Statistika İdarəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 16,2 faiz azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 39,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 57,9 faiz artıb. Əvvəlki ilin yanvar-iyun aylarına nisbətən ştanqlı quyu nasoslarının istehsalında 5,3 faiz artım müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.