İqtisadiyyat

Azərbaycanda saxta İtaliya brendləri satılır... VİDEO

13 May 2023 11:50
Baxış: 1 568
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda müxtəlif mağazalarda italiya brendinə məxsus geyimlərin saxta variantları satılır. Bununla yanaşi italiya məhsulu adi altında saxta qidalar da var.

Həm geyimlər, həm də qida məhsullarının saxta variantı mövcuddur. Ölkəmizdə saxta İtaliyan məhsulları satılır.

İtaliya Ticarət Agentliyinin direktoru Andrea Maccabico bu barədə məlumat verib.

"Qurum rəsmisi real məhsulların çox baha olduğunu, saxtaların isə ucuz satıldığını deyib."

İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ölkəsinin ərzaq məshullarını tanıtmaq üçün 1 milyon manat pul ayrıldığını deyib. Səfir  satışda saxta məhsuların  olduğunu təəssüflə qeyd edib.

Səfir İtaliya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu, bəzi sahələrdə güclərimizi birləşdirdiyimizi deyib.

Onun sözlərinə görə, Mingəçevir Su Anbarında İtaliya texnologiyasından istifadə olunacaq.

2 ay öncə bununla bağlı şirkətlə müqavilə imzalanıb. 

Səfirin sözlərinə görə, bu yaxınlarda Bakıda bitki yağı istehsalı müəssisəsi də işə düşüb. Sırf İtaliyan texnologiyası ilə təchiz edilən bu müəssisədə yüksək keyfiyyətli məhsullar  istehsal olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.