İqtisadiyyat

Məşhur milyarder dollarla bağlı həqiqəti açıqladı: ölkələr hərəkətə keçib, tezliklə...

20 Aprel 2023 21:24
Baxış: 1 811
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Amerika dolları sürətlə əsas və mübahisəsiz dünya valyutası statusunu itirir".

Milli.Az xəbər verir ki, bu fikri qlobal maliyyə sisteminin gələcək strukturu haqqında yazdığı kitablar sayəsində məşhurlaşan tanınmış proqnozçu və milyarder Rey Dalio deyib.

Müəllifin hesablamalarına görə, planetin getdikcə daha çox ölkəsi əməliyyatlarını dollarla aparmaqdan imtina edir: "Bu tendensiya Amerika valyutasının mahiyyətindən irəli gəlir - əslində bu, ABŞ dövlət borcunun təcəssümüdür. Bu baxımdan, Amerika iqtisadiyyatında böhranın güclənməsini nəzərə alaraq, bütün dünyada dollar sahibləri bu valyutanın daha da yığılması risklərini ölçməyə başlayırlar", - milyarder qeyd edib.

İnvestorlar ABŞ-ın tezliklə borc problemlərinin ola biləcəyini istisna etmirlər. Ona görə də dollarla bağlı yeni riskləri üzərinə götürməyə hazır olanların sayı getdikcə azalır. Bundan əlavə, Çin tədricən Amerika valyutasını öz yuanı ilə əvəz edir ki, bəzilərinə daha çox üstünlük verilir. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.