İqtisadiyyat

Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qaz idxalını dayandıb

1 Yanvar 2023 20:54
Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya yanvarın 1-dən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını dayandırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu gün Böyük Britaniya Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandırıb"- deyə, məlumatda vurğulanıb.

Qeyd edək ki, 2022-ci ildə Böyük Britaniya Rusiyadan 3,12 milyard kubmetr mayeləşdirilmiş təbii qaz idxal edib. Krallıqda istehlak edilən qazın orta illik həcmi təxminən 75 milyard kubmetrdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.