İqtisadiyyat

Almaniyada bir sıra şirkətlər istehsalı Afrika və Asiyaya köçürür

19 Noyabr 2022 08:02
Baxış: 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada bir sıra şirkətlər anti-Rusiya sanksiyalarının Avropanın iqtisadiyyatına təsirinin artması səbəbindən istehsalı Afrika və Asiyaya köçürmək niyyətindədirlər.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə Fransanın "Le Monde Diplomatique" (MD) nəşri yazır.

Nəşr qeyd edib ki, Almaniyadakı bəzi kimya şirkətləri artıq ölkədə istehsalını məhdudlaşdırır və istehsalı xaricə köçürür. Bu, xammal və elektrik enerjisinin qiymətinin rekord dərəcədə artması ilə bağlıdır.

Məlumata görə, 2022-ci ilin üçüncü rübündə Almaniyada kimya istehsalı 14% azalıb. Əksər kiçik və orta firmalar üçün elektrik enerjisi və yanacaq haqqını ödəmək mümkün olmayan çətin vəziyyət yaradıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.