İqtisadiyyat

"Infiniti" Rusiya bazarından çıxdı

3 Noyabr 2022 22:32
Baxış: 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın "Infiniti" şirkəti Rusiya bazarından çıxdığını elan edib.

Milli.Az Report.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayılıb.

Qeyd edək ki, mart ayından Rusiyaya yeni avtomobillərin tədarükü dayandırılıb. "Infiniti"nin Rusiyada öz istehsalı yoxdur, bütün modellər xaricdən gətirilir.

"Infiniti" bu ilin fevral ayında Rusiyada 262 avtomobil satıb. Bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 46% çoxdur. Bununla belə, 2022-ci ilin sentyabr ayında 22 avtomobil satılıb ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətən 83% azalma deməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.