İqtisadiyyat

Pensiya ilə bağlı müzakirə: 65 yaşı gözləməyə ehtiyac qalmayacaq

1 Noyabr 2022 21:33
Baxış: 4 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətəndaşın işlədiyi dövrdə yığılan pensiya kapitalını vaxtından əvvəl istifadə etməsi məsələsi aktuallaşır.

Milli.Az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, hazırda bu məsələ Milli Məclisdə müzakirə olunur.

Başqa ölkələrdə uğurla tətbiq edilən mexanizmin ölkəmizdə də tətbiq edilməsi üçün xarici təcrübə öyrənilir.
Mövzu ilə bağlı danışam millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, bəzi hallarda vətəndaşın kifayət qədər böyük pensiya kapitalı olduğu halda, həmin vəsaitdən istifadə etmək üçün 65 yaşı gözləməli olur. Onun fikrincə, əgər sözügedən sistem tətbiq olunarsa vətəndaş artıq 65 yaşı gözləmək məcburiyyətində qalmayacaq. Yəni 65 yaşa çatana qədər vətəndaş pensiya kapitalı səhiyyə, kommunal xərclərinə və ya kredit borcuna yönəldə bilər.

Millət vəkili həmçinin qeyd edib ki, pensiya kapitalını vətəndaşın sahibkarlıq fəaliyyətinə və ya özünüməşğulluğuna yönəltməklə də vəsaitin daha faydalı istifadəsinə şərait yaradıla bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.