İqtisadiyyat

Anadolu Aslanları İşadamları Dərnəyinin nümayəndələri KOBİA-da olub

6 Sentyabr 2022 18:06
Baxış: 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə səfərdə olan Anadolu Aslanları İşadamları Dərnəyinin (ASKON) sədr müavini Mustafa Necati İşıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə KOBİA-nın Türkiyənin müvafiq qurumları ilə əməkdaşlığın genişləndirilməsinə önəm verdiyi, Azərbaycan KOB-larının layihələrinə Türkiyəli investorların cəlb edilməsinə Agentliyin hərtərəfli dəstək göstərməyə hazır olduğu qeyd olunub, yerli və Türkiyə KOB-ları arasında əlaqələrin genişləndirilməsinə, birgə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.