"Qadınların iştirak etdiyi hər bir sahəni gücləndirməyi hədəfləyirik"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Biz MÜSİAD Qadın Təşkilatı olaraq qadınların iştirak etdiyi hər bir sahədə onları maarifləndirmək məqsədi ilə fəaliyyətimizdə qadın sahibkarlarımızı daha da gücləndirməyi hədəfləyirik.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu TurkicWorld-ə müsahibəsində MÜSİAD Qadın Təşkilatının rəhbəri Məryəm İlbahar bildirib.
O qeyd edib ki, MÜSİAD Qadın tərkibində 300-dən çox üzv ilə Türkiyədə ən çox iş qadınına ev sahibliyi edən iş dünyası təşkilatıdır.
"Biz ailə həyatı, sosial həyat və təhsillə yanaşı iş həyatına da diqqət yetirməyə çalışırıq. Düşünürük ki, qadınların hamısı ilə əlaqə saxlasaq, problemləri görsək, onların həlli yolları ilə bağlı hesabatlar hazırlaya bilsək, cəmiyyətdə maarifləndirmə işləri aparmaq bizim üçün daha əlverişli ola bilər." - deyə İlbahar əlavə edib.
MÜSİAD Qadın Təşkilatının rəhbəri vurğulayıb ki, ideyanı təcəssüm etdirmək üçün qarşımızda heç bir maneə yoxdur. Yalnız bu fikri lazımi yerlərə çatdırmaq vacibdir
"Biz qadın sahibkarlarımızı həvəsləndiririk. Onların lazımi yerlərə müraciət etmələrini təmin edirik. Startapların formalaşmasında körpü olmaq vəzifəsini yerinə yetirdikdən sonra onlar da arzularını daha asan reallaşdıra bilirlər." - deyə İlbahar əlavə edib.
Təhsil sahəsi ilə bağlı da fikir bildirən rəhbər, təhsildə mentorluq və həvəsləndirmə kimi mövzularda dəstək və körpü rolunu oynamağı hədəflədiklərini qeyd edib.
" 'Kuluçka Merkezi' (biznesin inkişafı üzrə ekspertlərlə işlərin müzakirə edilməsi layihəsi) layihəsi ilə biz qadın sahibkarlara çalışdıqları sahəni spesifikləşdirərək dəstək olmağı, onlara bu yolda kömək etməyi, həyata keçirdiyimiz layihələrlə ölkəmizin ixracına və məşğulluğuna töhfə verməyi hədəfləyirik." - deyə o vurğulayıb.
İlbahar qeyd edib ki, MÜSİAD Qadın təşkilatının əsas hədəfinə uyğun olaraq qadınları iqtisadi və sosial cəhətdən gücləndirməyi arzulayan və istehsalla məşğul olan qadınları dəstəkləməyi qarşısına məqsəd qoyan qadın kooperativlərə böyük əhəmiyyət verirlər.
"Biz "Kuluçka Merkezi" və Yeni Model Sahibkarlıq Kooperativ layihələri ilə ideya və arzuların reallaşmasına töhfə verəcəyik ki, bu da təkcə bizə üzv olanlara deyil, bütün qadınlara fayda verəcək və onların fəaliyyətini sürətləndirəcək. Biz təkcə Türkiyədə deyil, bütün türk dövlətlərində də qadınlarımızın ixracı, bizneslərini genişləndirmələri və inkişaf etdirmələri üçün çalışırıq. Bu çərçivədə Türk qadınlarının gücünü dünyaya göstərməyi hədəfləyirik." - deyə vurğulayıb.
Ətraflı
Qadınların bir çox sahədə ayrımcılığa məruz qalması ilə bağlı fikir bildirən İlbahar qeyd edib ki, Müsiad Qadın Təşkilatı olaraq hər cür zorakılığın əleyhinədirlər.
"Biz həmçinin peşəkar həyatda qadınlara qarşı ayrı-seçkilik və zorakılığa münasibətimizi kəskin şəkildə bildiririk. MÜSİAD sədrimiz Mahmud Asmalı və İdarə Heyətimiz də bu məsələdə çox həssasdırlar. Güclü sabahların güclü ailə quruluşu ilə mümkün olduğunun fərqindəyik. MÜSİAD Qadın Təşkilatı qadınlara edilən zorakılığa qarşı mübarizəsini hər platformada qətiyyətlə davam etdirir." - deyə o vurğulayıb.
Daha sonra İlbahar MÜSİAD Qadın Təşkilatının qadınların həqiqi səlahiyyətlərinin hər sahədə dəstəklənərək əldə oluna biləcəyinə inanan bir strukturdur olduğunu qeyd edib.
"Hər zaman, hər bir mühitdə üzərində dayandığımız və diqqət çəkdiyimiz "ailə" anlayışı gələcək nəsillərin formalaşmasında böyük rol oynayır. Bilirik ki, mövcud problemlərin fundamental həlli yollarının tapılmasında ilk addım ailənin möhkəmlənməsidir. Bu şüurla yeni dönəmimizdə Ailə və İnsan Hüquqları Komissiyasının yaradılmasını, həm ailə dəyərlərini xatırladacaq, həm də cəmiyyətdə insan hüquqlarının pozulmasına qarşı maarifləndirici fəaliyyətlər həyata keçirməyi hədəfləyirik. Ailə güclüdürsə, cəmiyyət də güclüdür." - deyə rəhbər bildirib.
O, ölkədə və xaricdə qadınlarla necə əlaqə saxlaya bilərik kimi məsələlər üzərində işlədiklərini qeyd edərək, bundan əlavə, daha 5 (Biznesin İnkişafı və Layihələr, Yerli və Qlobal, Patronaj, Mədəniyyət, İncəsənət və Media) komissiyalarının olduğunu da bildirib.
Daha sonra digər Türk Dövlətlərində yaşayan xanımlara göstərdikləri dəstəklərlə ilə bağlı fikirlərinidə bölüşən İlbahar ilk növbədə MÜSİAD Azərbaycan nəzdində Azərbaycanda MÜSİAD Qadın Təşkilatını aktivləşdirmək istədiklərini bildirib.
"MÜSİAD Türkiyədə və xaricdə 164 məntəqədə fəaliyyət göstərir. MÜSİAD Qadınlar olaraq xaricdəki fəaliyyətimizi genişləndirərək davam etdirmək istəyirik. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və digər türk dövlətlərində və bir çox fərqli ölkələrdə qadınlarımızın iş həyatında iştirak etmələri üçün layihələr hazırlamağa davam edirik." - deyə o deyib.
Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsində olan Afrika Evi layihəsi ilə Afrikadakı qadınların səsini dünyaya duyurmağa davam edəcəklərini deyən İlbahar ən böyük məqsədlərinin Afrika, Avropa, Amerika və Asiyadakı iş qadınlarının MÜSİAD Qadın adı altında birləşdirməkdir.
Qeyd edək ki, MÜSİAD Qadın Təşkilatı 2018-ci ildə MÜSİAD-ın (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) tərkibində yaradılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
XƏBƏR LENTİ
-
Uşaq oyuncaqlarına Müşviqin mahnısı yerləşdirildi - (Video)
-
Daha iki küçədə avtobus zolağı salınır - (Foto)
-
Azərbaycan, Özbəkistan və Türkiyə hərbçilərinin iştirakı ilə “Birliyin Gücü – 2026” təlimi keçiriləcək - (Foto/Video)
-
149 il sonra “Meqa El Nino” təhlükəsi: Alimdən 2027-ci il üçün xəbərdarlıq
-
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
-
Türkiyəli məşhurların saxlanılmasından ilk görüntülər - (Foto)
-
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb - (Foto)
-
Yevlaxda ağır qəza: Yük maşınları toqquşdu, yaralanan var
-
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pisləyib
-
Makronun cinsiyyətini araşdıran jurnalist öldü
-
Tramp İranla müharibənin növbəti mərhələsi barədə qərar verəcək
-
Bu tarixlərdə leysan yağacaq - Xəbərdarlıq
-
İçərişəhərdə “GastroFest 2026” keçiriləcək
-
Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir - Kamaləddin Qafarov
-
"Özünü elə aparan xanəndə var ki, estrada ifaçısından biabır vəziyyətdədir” - (Video)
-
Robert Fitsonun Ukrayna səfəri son anda ləğv edildi
-
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
-
Azərbaycan Hava Yolları və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
Afra Saraçoğlu Venesiyada xüsusi gecədə "göz qamaşdırdı" - (Fotolar)
-
Sürücülərin diqqətinə: Bu yolda avtobus zolağının saatı artırıldı
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Frank Riberi məşqçiliyə başlayır





