İqtisadiyyat

Varlılar Rusiyanı sürətlə tərk edir - 15 min milyonçu...

14 İyun 2022 21:07
0 Şərh     Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1 milyon dollardan çox nağd pulu olan rusların təxminən 15 faizinin 2022-ci ilin sonuna kimi başqa ölkələrə mühacirət edəcəyi gözlənilir.

Milli.Az teleqraf.com-a istinadla xəbər verir ki, müxtəlif ölkələrdə aparılan yeni immiqrasiya araşdırmasına görə, bu il 15 mindən çox rus milyonerinin ölkəsini tərk edəcəyi gözlənilir.

Britaniyanın "Guardian" qəzeti yazır ki, zənginlərin xaricdə vətəndaşlıq alması üçün vasitəçilik edən Londondakı "Henley & Partners" şirkətinin araşdırmasına görə, 1 milyon dollardan çox pulu olan rusların təxminən 15 faizi immiqrasiya edəcək.

Məlumatları təhlil edən tədqiqatçı Endryu Amoils deyib: "Son 10 ildə Rusiyanı tərk edən zənginlərin sayı durmadan artır. Bu, ölkənin üzləşdiyi problemlərin xəbərçisidir. Tarixən zəngin insanların immiqrasiyası böyük ölkələr dağılmazdan əvvəl sürətlənir".

"Henley & Partners"in araşdırmasına görə, dünyanın ən varlı adamları daha çox ABŞ və Avropada yaşamağa üstünlük verirlər, lakin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tezliklə zənginlərin miqrasiya etdiyi ölkələr arasında birinci yeri tutacağı gözlənilir. Böyük Britaniya və ABŞ-ın zənginlər üçün əvvəlki cazibəsini itirdiyi bildirilən araşdırmada Avstraliya, Sinqapur və İsrailin də zənginlər üçün getdikcə daha cəlbedici olduğu qeyd edilib.

Bundan əlavə, Malta və Monako zənginlərin miqrasiya etdiyi yerlərin reytinqində sürətlə yüksəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.